Kay Haverts: “Lazım gəlsə xərcləri özümüz qarşılayarıq”backend

Kay Haverts: “Lazım gəlsə xərcləri özümüz qarşılayarıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sanksiyalardan sonra çətin günlər keçirən “Çelsi”nin gənc oyunçusu Kay Haverts səfər oyunları üçün xərclərin özləri tərəfindən ödənilə biləcəyini bildirib. Editor.az-ın “SporX”a istinadən verdiyi məlumata görə, gənc futbolçu UEFA Çempionlar Liqası çərçivəsində səfərdə keçiriləcək “Lill”lə oyun ərəfəsində mətbuata açıqlama verib.

“Öz xərclərimi ödəyərəm. Bu mənim üçün önəmli deyil. Ən vacibi oyunlarda iştirak etməyimizdir. Səfər matçına qatar və ya avtobusla geməyimiz lazımdırsa elə də gedərik. Bunun heç bir əhəmiyyəti yoxdur. Bu gün dünyada bundan pis probləmlər var. Bu mənim üçün problem olmaz. Hər birimiz peşəkar futbolçularıq. Klubun hazırki vəziyyəti hər kəs üçün qəribədir. Ancaq biz futbol oynamalıyıq və diqqətimizi oyunlara yönəltməliyik. Baş verənlərlə klub maraqlanmalıdır. Bu oyunçuların işi deyil. Daha əvvəl belə bir hadisənin yaşandığını düşünmürəm. Bundan artıq danışmaq istəmirəm.” – deyə Haverts bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 finalı çərçivəsində ilk oyununu evdə keçirən “Çelsi” Lill” üzərində 2:0 qalib gəlib. Tərəflər arasında cavab qarşılaşması sabah baş tutacaq.

//Nəzərbəy Hacıağayev, Editor.az