Kaya Kallas Kiyevdədirbackend

Kaya Kallas Kiyevdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Avropa xarici işlər nazirləri ilə birlikdə Kiyevə gəlib. Bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa X sosial media platformasında məlumat verib.

Səfər Buça faciəsinin ildönümünün qeyd edilməsi zamanı baş tutub. “Bu gün Buça qırğınının faciəli ildönümünü qeyd edirik. Həmin gün qətlə yetirilən mülki şəxslərin dəhşətli görüntüləri bütün dünyanı sarsıtdı. Bu gün Avropanın tədbirlərdə belə güclü iştirakı bu və digər Rusiya cinayətlərinə ədalətin qaçılmaz olduğunu göstərir”, – deyə rəsmi yazıb.

Sibiqa qeyd edib ki, səfər “Ukrayna ilə əsl cəsarət və həmrəyliyin əlamətidir”. X-də Kallas səfəri “Ukraynanın cəsarəti və dözümlülüyünün güclü bir xatırlatması” adlandırıb. “Avropa sizinlədir. Biz hərbi, maliyyə, enerji və humanitar dəstək göstərməyə davam edəcəyik”, – deyə Kallas yazıb. O, həmçinin Rusiyanın cinayətlərinə görə tam məsuliyyət daşımasının vacibliyini qeyd edərək, Avropa tərəfdaşlarının bunu təmin etmək üçün mümkün olan hər şeyi edəcəyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az