Rusiya prezidenti Vladimir Putin Kazan yaxınlığındakı çoxfunksiyalı yol xidməti ərazisindəki kafeyə baxış keçirib. Dövlətimizin başçısı təklif olunan yeməklərin dadı ilə bağlı sual verib.
Rusiya lideri Kazandan MFZ-yə “Kamaz”ın sükanı arxaında gəlib. Prezidentlə birlikdə kabinədə Rusiya baş nazirinin müavini Marat Xusnullin də olub. “Kafe necədir? Yemək dadlıdır?” deyə soruşub.
Müsbət cavab alan Putin ona tatar yeməkləri verilmədiyindən şikayətlənib. “Xəsis insanlar”, – prezident gülümsəyərək deyib.
Bundan əvvəl Rusiya lideri 2024-cü il fevralın 21-də S.P.Qorbunov adına Kazan Aviasiya Zavodunda olub və yeni sexlərdən birinə baş çəkib. Putinə nüvə silahı daşıya bilən dörd yeni modernləşdirilmiş strateji raketdaşıyıcı Tu-160M nümayiş etdirilib.
//Samir Qurbanov, Editor.az

