Keçmiş bankir Kanadanın yeni baş naziri oldubackend

Keçmiş bankir Kanadanın yeni baş naziri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Bankının keçmiş rəhbəri Mark Karni hakim Liberal Partiyasının lideri seçilib. O, ölkənin yeni baş naziri olacaq.

Karni baş nazir Castin Trüdonun hökumətinə daxil olmayan liberal liderliyə yeganə namizəd idi. O, 85,9% səslə qalib gəlib. Seçkilərdə Liberal Partiyasının 150 minə yaxın üzvü iştirak edib.
2015-ci ildən Kanadanın baş naziri vəzifəsini icra edən Castin Trüdo yanvarın əvvəlində istefa qərarını açıqlayıb. Trüdo istefa ərizəsini Kanadanın Baş Qubernatoruna təqdim etdikdən sonra Mark Karni vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, Mark Karni 2008-2013-cü illərdə Kanada Bankının rəhbəri olub. Sonrakı yeddi il ərzində o, həm də İngiltərə Bankının sədri vəzifəsini icra etdi. O, Castin Trüdonun iqtisadi müşaviri vəzifəsində çalışıb. Seçki debatları zamanı Karni orta təbəqə üçün vergiləri azaltmaq, müdafiə xərclərini ÜDM-in 2%-i və daha yüksək səviyyəyə çatdırmaq niyyətini açıqlayıb və Amerika mallarına dollara görə tariflər tətbiq edəcəyini vəd edib.

//Samir Qurbanov, Editor.az