Keçmiş bələdiyyə sədrinə hökm oxundubackend

Keçmiş bələdiyyə sədrinə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.

Editor.az  Modern.az-a istinadla xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfindən üç il müddətə azadlığın məhdudlaşdırılması, üç il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, A.Mirzəyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3- cü (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz işindən istifadə edərək törədildikdə),179.2.4-cü (Mənimsəmə və ya israf etmə xeyli ziyan vurmaqla törədildikdə), 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitdən təyinatı üzrə istifadə edilməməs) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.