Keçmiş Çin səfiri: ABŞ müttəfiqlərini onun maraqlarına uyğun hərəkət etməyə məcbur edirbackend

Keçmiş Çin səfiri: ABŞ müttəfiqlərini onun maraqlarına uyğun hərəkət etməyə məcbur edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müttəfiqlərini tez-tez tərəf seçməyə məcbur edir.

Editor.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Çinin Vaşinqtondakı keçmiş səfiri Cui Tiankai deyib. Diplomatın sözlərinə görə, düzgün seçim bütün bəşəriyyətin ümumi maraqlarına cavab verəcək.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar öz strateji ehtiyaclarına və ya dünya anlayışına əsaslanaraq, tez-tez müttəfiqlərindən eyni siyasətlərə riayət etmələrini tələb edir. Diplomatın fikrincə, bir çox ölkələr bu və ya digər tərəfi seçmək məcburiyyətində qalmağı sevmir. Cui Tiankai hesab edir ki, “tarixin doğru tərəfini seçmək” “bəşəriyyətin ümumi maraqlarını” seçmək deməkdir.

//Gülnarə Abasova, Editor.az