Keçmiş əri Mənzurəni ŞOKA saldı: “9 nəfər..”backend

Keçmiş əri Mənzurəni ŞOKA saldı: “9 nəfər..”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Telekanallardan birinə qonaq kimi qatılan müğənni Mənzurə Musayeva şok yaşayıb.

Editor.az  lent.az-a istinadən xəbər verir ki, onun əvvəllər 7 il evli olduğu Vaqif adlı bəy Mənzurənin yalan dediyini, onu tanımadığını və evli olmadıqlarnı söyləyib.

Müğənni keçmiş ərinin bu iddialarına çox təəccüblənib.

“Sən məni necə dana bilərsən? Toyumuzda qohumlarımız olub, toy şəkillərimiz var. İndi arvadından qorxub məni tanımaq istəmir. 9 nəfər elçi gəlmişdi, mən ağılsız bunu seçdim. Ağlım olmayıb”, – deyən müğənni əlavə edib ki, övladları olmadığı üçün ailəsi dağılıb. Uşaq olmamasına səbəb keçmiş ərinin xəstəliyi olub.

Canlı yayıma qoşulan keçmiş əri isə Mənzurəni tanımadığını desə də, qəribə iddia səsləndirib.

“Bizim ortaq tələbə yoldaşlarımız var, onlar hamısı təsdiq edər ki, Mənzurə rəsmi sənədlərdə yaşını azaldıb”, –  Vaqif bildirib.