Küçükçekmece (Türkiyə) meydana gələn qorxunc olay hər kəsi şoka salıb.
Editor.az haberler.com-a istinadən xəbər verir ki, kişi 3 il əvvəl ayrıldığı xanımına küçənin ortasında saysız sayda bıçaq zərbəsi endirib. Yaxındakıların araya girməsi ilə xilas olan qadın ağır halda xəstəxanaya çatdırılıb. Hadisənin şahidi dəhşətli anları kamera önündə danışıb. Emre Albayrak adlı şəxs bildirib: “kişi bizi görəndə dərhal aşağıya qaçdım, sonra o bıçaqlamağı dayandırdı və geri çəkildi, bıçağı yerə atdı. Onda qadına tərəf getdim. Qan getməsin deyə əlimi qoluna basdım. Ondan sonra təcili yardım maşınını gözlədik. Qadın belindən və ayağından yaralanmışdı. “Ayağımı hiss edə bilmirəm” deyirdi. Onu uzadıb qolundakı qanı dayanmadığı üçün qoluna basmağa davam etdim”.
Qeyd edilir ki, keçmiş ər könüllü şəkildə polisə təslim olub.

