Keçmiş “KQB” kəşfiyyatçı Şoyqunun yerini dedibackend

Keçmiş “KQB” kəşfiyyatçı Şoyqunun yerini dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun ətrafında son vaxtlar mediada “yoxa çıxması” ilə bağlı çoxlu söz-söhbətlər dolaşır.

Yuri Şvets – keçmiş “KQB” kəşfiyyatçısı, Rusiya prezidenti Vladimir Putinin sinif yoldaşı onun yerini söyləyib. GORDON” nəşrinin baş redaktoru Ales Batsmana verdiyi müsahibədə o, deyib ki, Şoyqunun başı silah-surat axtarışına qarışıb.

Bu barədə Editor.az “Unian.net”ə istinadən məlumat verir. Şvets Şoyqunun və RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun səhhətinin pisləşməsi ilə bağlı məlumatları şərh edərkən bildirib ki, “O (Şoyqu), sağdır və anladığım qədər silah-sursat axtarmaqla məşğuldur”.

Onun sözlərinə görə, bu o deməkdir ki, Rusiya ordusunun hərbi sursatı tükənmək üzrədir. “Fabriklər ya boşdur, ya da tələbatı ödəyə bilmir. Odur ki, çinlilərin yanına qaçdılar. Çinlilər isə onlara “yox” dedilər… Bu, onlar üçün çox acınacaqlı vəziyyətdir. Bəlkə də bu vəziyyətlə əlaqədar… hardasa şamanların köməyi ilə tayqada sursat axtarırlar”, – Şvets əlavə edib. Bundan əvvəl rusiyalı jurnalistlər Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkmişdilər. Nazir martın 11-dən sosial şəbəkələrdə və yayımlarda da görünmür. Daha sonra nazirin ürək xəstəsi olması ilə bağlı məlumatlar ortaya çıxdı.

Putinin mətbuat katibi Dmitri Peskov isə cavab vermişdi ki, indi “media aktivliyi vaxtı deyil”. Ən son şayiələri təkzib etmək üçün Rusiya Müdafiə Nazirliyi Şoyqunun videobağlantı vasitəsilə həmkarları ilə əlaqə saxladığı barədə videolar yayımladı.

  Editor.az