Keçmiş nazir: “Belarusda səfərbərlik üçün hər şey hazırdır, sadəcə Kremldən gələn əmr düyməsinə basmaq qalır”backend

Keçmiş nazir: “Belarusda səfərbərlik üçün hər şey hazırdır, sadəcə Kremldən gələn əmr düyməsinə basmaq qalır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın vaxtlarda Belarus hakimiyyəti Ukraynaya qarşı müharibədə Rusiya Silahlı Qüvvələrinə dəstək üçün səfərbərliyə başlaya bilər”.

Bu barədə RND nəşrinə müsahibəsində hazırda Varşavada yaşayan belaruslu müxalif siyasətçi Pavel Latuşko bildirib.

Latuşkonun sözlərinə görə, səfərbərlik üçün demək olar ki, hər şey hazırdır, Aleksandr Lukaşenkoya sadəcə “Kremldən gələn əmr düyməsinə basmaq” qalır.

Belarusun keçmiş mədəniyyət naziri Latuşko Minskdəki adı açıqlanmayan mənbələrə istinad edir və iddia edir ki, Belarus Daxili İşlər Nazirliyinə tabe olan bütün əməkdaşlardan operativ şəkildə pasportlarını təhvil vermələri tələb olunub.

Bu barədə ona Belarusun müxtəlif şəhərlərindən məlumat daxil olur.

“Bu o deməkdir ki, bu insanlar səfərbər olunacaqları halda Belarus ərazisini tərk edə bilməyəcəklər”, – deyə Latuşko qeyd edib.

Həmçinin Rusiyanın Belarusdakı hərbi mövcudluğu artmağa davam edir. Bundan əlavə Belarusa müntəzəm olaraq Rusiyadan hərbi texnika ilə dolu qatarlar gəlir.

“Rusiya silahlı qüvvələrinin hərbi təlimləri, o cümlədən Rusiya və Belarus silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinə dair təlimlər mütəmadi olaraq keçirilir”, – deyə Latuşko əlavə edib.

Oxu.az