Keçmiş nazir: HƏMAS liderləri öldürülsün!backend

Keçmiş nazir: HƏMAS liderləri öldürülsün!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin keçmiş rabitə naziri Eyyub Kara qalmaqallı çağırışı ilə gündəmə gəlib.

Axar.az xəbər verir ki, Kara HƏMAS hərakatının lideri İsmayıl Həniyyə və hərəkatın aparıcı liderlərindən biri Yəhya Sinvarın öldürülməsini tələb edib.

Kara HƏMAS-ın İsrail tərəfindən öldürülən qurucuları Şeyx Əhməd Yasin və Əbdüləziz Rantisiyə diqqət çəkərək bildirib ki, Həniyyə və Sinvarı Rantisi və Yasinin yanına göndərməyin vaxtı çatıb.

O həmçinin qeyd edib ki, İsrail Qəzzədan Quş Dana göndərilən raketlərə cavab verməsə, bu, İsrail dövlətinin gücünə ölümcül zərbə olacaq. Bu, Həmas və Qəzzədakı təşkilatları İsrail vətəndaşlarına atəş açmağa davam etməyə sövq edəcək.

Qeyd edək ki, İsrail ordusu dünən Qəzzədan Quş Dana 2 raket atıldığını, raketlərin Aralıq dənizinə düşdüyünü açıqlamışdı.