Türkiyənin Nevşehir şəhərində dəhşətli qətl hadisəsi baş verib.
26 yaşlı Mustafa Baltaş 2 ay əvvəl ayrıldığı nişanlısını qətlə yetirib.
Hadisə dünən axşam saatlarında baş verib. İddialara görə, M.Baltaş əlində pompalı ov tüfəngi ilə keçmiş nişanlısının evinə gedərək mübahisə zamanı onu vurub, daha sonra isə özünə atəş açıb.
Hadisə yerinə gələn təcili yardım hər iki gəncin öldüyünü müəyyən ediblər.
Faktla bağlı araşdırmalar başlayıb. İstintaq davam edir.\\Medianews.az


