Keçmiş Polşa baş nazirinin kəşfiyyat xidmətləri tərəfindən dinlənildiyi açıqlanıbbackend

Keçmiş Polşa baş nazirinin kəşfiyyat xidmətləri tərəfindən dinlənildiyi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın xüsusi xidmət orqanları İsrailin “Pegasus” proqram təminatından istifadə edərək keçmiş baş nazir Mateusz Morawieckinin telefonlarını dinləyib.

Editor.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, bu məsələ partiyanın yüksək səviyyəli liderlərinin ötən həftə keçirilən iclasında qaldırılıb. Polşa xüsusi xidmət orqanları Mateusz Morawieckinin daşınmaz əmlakı ilə maraqlanıb. Keçmiş baş nazirin Covid-19 pandemiyası zamanı Material Ehtiyatları İdarəsi ilə təmaslarından da danışılıb. Eyni zamanda, qeyd olunub ki, xüsusi xidmət orqanlarının bəzi hərəkətləri birbaşa Moravetski ilə bağlı deyil, digər şəxslər üzərində müşahidə zamanı baş verib.

Vurğulanıb ki, söhbət araşdırmalar çərçivəsində prosessual hərəkətlərdən deyil, ən azı il yarım vaxt aparan məlumatların toplanmasından gedir.

//Gülnarə Abasova, Editor.az