Keçmiş təhlükəsizlik rəisi faciəvi şəkildə həlak oldubackend

Keçmiş təhlükəsizlik rəisi faciəvi şəkildə həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini, general-leytenant Qrant Yepiskoposyan faciəvi şəkildə vəfat edib.

Hadisə 3 oktyabr tarixində baş verib. “Shamshyan.com” kriminal xəbərlər portalının yaydığı xəbərə əsasən, Yepiskoposyan hərəkətdə olan öz avtomobilinin zərbəsi nəticəsində ağır kəllə-beyin travması alıb.

Həkimlər bir neçə gün generalın həyatını xilas etməyə çalışıblar, lakin bütün səylər nəticəsiz qalıb.

Qrant Yepiskoposyan 2014–2016-cı illərdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətində yüksək rəhbər vəzifə tutub. O, ölkənin xüsusi xidmət orqanlarında uzun illər çalışıb və “təhlükəsizlik sisteminin qurucularından biri” kimi təqdim olunurdu.

Hazırda Ermənistan hüquq-mühafizə orqanları generalın ölüm səbəblərini araşdırır.

Musavat.com