Keçmiş “vaqnerçi”lər Rusiya ordusunda xidmətdən imtina edirlərbackend

Keçmiş “vaqnerçi”lər Rusiya ordusunda xidmətdən imtina edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi “Vaqner” özəl hərbi şirkətinin keçmiş əməkdaşlarını xidmətə cəlb etməyə çalışsa da, heç bir nəticə yoxdur.

Editor.az bildirir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) insayder mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, 2023-cü ilin sentyabrından Rusiya müdafiə departamenti “Vaqner” PMC-nin keçmiş döyüşçülərini Afrikadakı əməliyyatlar üçün Molkinodakı (Krasnodar diyarı) keçmiş bazasına cəlb etməyə çalışır.

“Müdafiə Nazirliyi (RF) “Vaqner” PMC-nin keçmiş işçilərinə 110 min rubl (təxminən 1200 dollar) maaş, “perspektivli” vəzifələr və rütbələr, həmçinin Liviya, Burkina Faso, Suriya və Malidə fəaliyyət göstərə bilən ayrıca bölmənin yaradılmasını təklif edib”, – ISW –nin həmsöhbəti deyib. Eyni zamanda, onun sözlərinə görə, qrupun 120-dən çox keçmiş döyüşçüsü təklifdən imtina edib.

//Samir Qurbanov,Editor.az