Keçmiş xarici işlər naziri İranda vitse-prezident oldubackend

Keçmiş xarici işlər naziri İranda vitse-prezident oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın vitse-prezidenti postunu keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif tutub.

Bu barədə yerli KİV məlumat yayıb. Xarici əlaqələr departamentinin keçmiş rəhbərinin strateji məsələlər üzrə vitse-prezident təyin edilməsi haqqında sərəncamı yeni seçilmiş prezident Məsud Pezeşkian imzalayıb.

Xatırladaq ki, Zərif 2013-2021-ci illərdə İslam Respublikasının Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

//Samir Qurbanov, Editor.az