“Kəlbəcərin bir güllə atılmadan azad edilməsi Prezident İlham Əliyevin böyük diplomatik qələbəsidir”-Deputatbackend

“Kəlbəcərin bir güllə atılmadan azad edilməsi Prezident İlham Əliyevin böyük diplomatik qələbəsidir”-Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“25 noyabr tariximiz üçün daha bir əlamətdar günlərdən biridir. Çünki bu gün Qarabağımızın, həmçinin Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad olunması günüdür. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Bu isə Prezident İlham Əliyevin diplomatiya sahəsində qələbəsidir”.

Bunu Editor.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Əlbəttə Kəlbəcərin işğalı 30 ilə yaxın bir dövr ərzində bizim ən yaralı yerlərimizdən olub. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu təkcə işğal edilməmişdi. Burada həm də erməni vəhşiliyi özünün ən pik nöqtəsinə çatmışdı. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdu. Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı. 30 il ərzində isə Ermənistan Kəlbəcərdə ancaq barbarlıqlar edib. İşğaldan azad olunandan sonra biz hamımız oradakı vəziyyəti gördük. Hər yer vəhşicəsinə dağıdılmışdı.

Ancaq işğaldan azad olunduqdan sonra dərhal digər yerlərdə olduğu kimi bu diləbr guşəmizdə də tikinti quruculuq işlərinə başlanılmışdır. Hazırda Kəlbəcərə gedən yolun yüksək keyfiyyətlə inşa edilir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.

Kəlbəcər şəhərinin Baş planı üzrə İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcək. Bu sadaladıqlarımız yalnız görülən işlərin bir hissəsidir. Sürətli şəkildə gedən işlər onun deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün işlər ən yüksək səviyyədə və planlı şəkildə həyata keçiriləcək”.

//Samir Qurbanov, Editor.az