Kəmalə: “Pulsuz zirvəyə qalxmaq mümkün deyil”backend

Kəmalə: “Pulsuz zirvəyə qalxmaq mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sənətə pul xərcləmirəm deyə, istədiyim zirvəyə qalxa bilmirəm. Kim nə deyir, desin. Pulsuz zirvəyə qalxmaq mümkün deyil”.

Editor.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Kəmalə Qaramollayeva qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.

Sənətçi bildirib ki, şou-biznesdə layihələr etmək üçün külli miqdarda vəsait tələb olunur.
“Heç kimə sirr deyil ki, şou-biznesdə layihələr etmək üçün çoxlu vəsait tələb olunur. Əgər hansısa layihəni gözəl edirsənsə, orada həqiqətən də sənət varsa, mütləq tutur. Qeyri-adi bir layihə etsən tutacaq, amma sadə bir şey etsən tutmayacaq. Bu bəlli məsələdir”, – deyə Kəmalə vurğulayıb.