Kəmaləddin Heydərovdan narazı sakinlər ərəbləri Lerikə dəvət etdilər – “Çadırınızı da götürün bura gəlin…”backend

Kəmaləddin Heydərovdan narazı sakinlər ərəbləri Lerikə dəvət etdilər – “Çadırınızı da götürün bura gəlin…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerik rayonu Piran kənd sakini Bayramov Altay Ərəstun oğlu ərəb turistlərə videomüraciət ünvanlayıb.

Kənd sakini bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ölkəmizə gələn ərəb dostları Lerikə ova gəlsələr razı qalarlar: “Əziz ərəblər! Bizdə ov üçün hər cür şərait var. Bura gəlin, həm də burdakı vəziyyətdən xəbəriniz olsun. 2018-ci ilin noyabrında bura yağan intensiv yağışlar nəticəsində bizim evin yanında güclü sürüşmə baş verdi. Bununla bağlı FHN-ə müraciət etmişik, məlumatları var. Hadisədən 1 il sonra 2019-cu ildə bizə bildiriblər ki, evimiz təmirə düşür. Ötən dövr ərzində isə heç bir iş görməyiblər. Biz onlara o qədər məktub yazmışıq ki, o məktubları evimizdən sürüşmə ərazisinədək düzsək, çatar da, artıq da qalar.

Əziz ərəblər, sizdən bir xahişimiz də var: gələndə çadırlarınızı da gətirin, Kəmaləddin müəllim bizə ev tikməsə quraq orda yaşayaq”.

 

 

AFN

Loading...