Kəmaləddin Heydərovun daha bir şirkəti ləğv olunur – SƏNƏDbackend

Kəmaləddin Heydərovun daha bir şirkəti ləğv olunur – SƏNƏD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

K.Heydərovun övladları Tale və Nicat Heydərovlara aid 2011-ci ildən fəaliyyət göstərən UEI PROPERTY (UK) LIMITED daşınmaz əmlak şirkətinin ləğv ediləcəyi ilə bağlı Britaniya Şirkətlər Evinə aid rəsmi “First Gazette”də martın 30-da elan verilib. İki ay ərzində şirkətin qeydiyyatdan çıxarılması gözlənilir. Şirkətin ofisi Londonda, Lime Street 52-də yerləşən məşhur The Scalpel biznes mərkəzinin 18-ci mərtəbəsində yerləşirdi. UEI PROPERTY (UK) LIMITED Britaniyanın Virciniya adalarında qeydiyyatda olan UNITED ENTERPRISES INTERNATIONAL LIMITED şirkətinin törəməsidir. 2019-cu il maliyyə sənədlərinə görə bu şirkətin aktivləri 5 milyon funt-sterlinq (11 milyon manat) civarında olub.

 

Qeyd: Heydərovlara məxsus daha iki şirkət – “Cafe Baku Limited” və “Azerbaijan Juices Limited” şirkətləri də bu ilin əvvəlində ləğv olunub.

 Fotoları təqdim edirik