Kemerovoda “Kolos” bazarında güclü yanğın baş veribbackend

Kemerovoda “Kolos” bazarında güclü yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kemerovo şəhərində yerləşən “Kolos” şəhər bazarında yanğın qeydə alınıb. Bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə idarəsi yayıb.

Verilən rəsmi məlumata görə, yanğın təxminən 50 kvadratmetr ərazini əhatə edib. Hadisə baş verən zaman binada ziyarətçilər olmayıb, ilkin məlumatlara əsasən, xəsarət alan yoxdur.

Hadisə yerinə cəlb olunan yanğınsöndürən briqadalar alovun qarşısını almaq üçün operativ tədbirlər görürlər.

Görənlərin sözlərinə görə, yanğın ilkin olaraq ticarət köşklərindən birində başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə bazarın daxilində yerləşən supermarketin sıx tüstü ilə əhatələndiyi müşahidə olunur.

Hadisənin səbəbləri araşdırılır.