“Kənar qüvvələrin qarşıdurması elə sülh sazişinin imzalanmasına ciddi mane olur”-Fikrət Saxıdovbackend

“Kənar qüvvələrin qarşıdurması elə sülh sazişinin imzalanmasına ciddi mane olur”-Fikrət Saxıdov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-la Rusiya sanki öz əraziləri uğrunda bir-birilə mübarizə aparır. Azərbaycanla Ermənistan arasında münasibətlər yalnız bu iki ölkəni maraqlandırmalı, üçüncü ölkələr məsələyə müdaxilə etməməlidir. Hansısa böyük dövlətlər öz maraqları çərçivəsində hansısa ölkəyə təzyiq göstərə bilməz”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, ABŞ və Rusiyanın Cənubi Qafqazla bağlı ciddi planları və bu konteksdə maraqları var:

“Bunu inkar etmirik. Amma bu o demək deyil ki, onlar bizim daxili işlərimizə müdaxilə edə və Ermənistanla sülh sazişinin hansısa formada imzalanmasını diktə edə bilər. Azərbaycan Ermənistanla təkbətək danışmaq üçün çoxdan təklifləri irəli sürüb. Bu prosesdə “3+3″ formatı da qüvvədədir. Ancaq hər bir halda bu istiqamətdə irəliləyişlər var. Fikrimcə, ABŞ və Rusiyanın bu proseslərə müdaxiləsi tamamilə yanlışdır. Kənar qüvvələrin qarşıdurması elə sülh sazişinin imzalanmasına ciddi mane olur”.

//Gülnarə Abasova, Editor.az