Keniyada aşkar edilən kütləvi məzardan çıxarılan 32 meyitin böyük hissəsinin körpə və uşaqlara məxsus olduğu bildirilib.
Editor.az xəbər verir ki, hadisə ölkədə ciddi sarsıntı yaradıb və araşdırmaların genişləndirildiyi qeyd olunur.
Keniyanın Kericho şəhərində aparılan qazıntılar zamanı təxminən 32 meyitin aşkar edildiyi, onların əksəriyyətinin körpə və döl qalıqlarından ibarət olduğu bildirilib. Rəsmi şəxslər ilkin mərhələdə yalnız 14 meyitin olduğunu güman etsələr də, qazıntılar davam etdikcə bu sayın artdığı məlum olub.
Bildirilir ki, rəsmilərdən biri aşkarladıqlarının olduqca qeyri-adi olduğunu deyib. Həmçinin müəyyən edilib ki, meyitlər çuvala bənzər torbaların içərisində üst-üstə yerləşdirilib.
//Gülnarə Abasova, Editor.az

