Keniyada vergi artımına qarşı etirazlarda ən azı 5 nəfər ölübbackend

Keniyada vergi artımına qarşı etirazlarda ən azı 5 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada vergi artımını nəzərdə tutan “2024 Maliyyə Qanunu”na qarşı çıxan nümayişçilərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində ən azı 5 nəfər həyatını itirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, nümayişlərə polis müdaxilə edib. Sosial mediada əks olunan görüntülərdə parlament binasına girməyə çalışan nümayişçilərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində ən azı 5 nümayişçi həyatını itirib, çox sayda insan isə yaralanıb.

Əllərində bayraq və pankartlarla gedən vətəndaşlar əsas küçələri nəqliyyatın hərəkətinə bağlayaraq etirazlarını parlamentin bağçasında davam etdiriblər. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə nümayişçilər məclis ərazisindən uzaqlaşdırılıb.

//Gülnarə Abasova, Editor.az