Keniyalılar da Ukraynaya qarşı vuruşurbackend

Keniyalılar da Ukraynaya qarşı vuruşur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya qarşı müharibədə Rusiya tərəfində 200-dən çox Keniya vətəndaşı vuruşur.

Bu barədə “Reuters” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat verib. Məlumatda deyilir: “200-dən çox Keniya vətəndaşı Rusiya ordusuna qoşulmuş ola bilər… həm Keniyada, həm də Rusiyada işəgötürmə şəbəkələri hələ də aktivdir”.

Nazirlik qeyd edir ki, Moskvadakı Keniya səfirliyi bəzi müharibəyə cəlb olunanlar arasında xəsarət alanlar da var. Onlara viza, səyahət və yaşayış xərclərini ödəmək üçün 18.000 dollara qədər pul vəd edilib. Nazirlik vurğulayıb ki, sentyabr ayında Nayrobi yaxınlığında keçirilən təhlükəsizlik basqını zamanı yerləşdirilməyə hazırlaşan 21 Keniya vətəndaşı xilas edilib. Hadisə ilə əlaqədar bir nəfər həbs edilib və cinayət məsuliyyətinə cəlb olunub.

Nazirlik həmçinin bildirib ki, xilas edilmiş kişilər yanlış məlumatlandırılıb və hazırda Rusiyada dronların yığılması, kimyəvi maddələrlə işləmək və rəngləmə kimi qeyri-döyüş rolları üçün savaşa cəlb olunublar.

//Samir Qurbanov, Editor.az