Azərbaycanda İranın molla rejimini təbliğ edən şəxslərə qarşı əməliyyatlar davam edir.
Editor.az lent.az-a istinadən bildirir ki, həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində molla rejimini təbliğ edən daha bir nəfər – Kərbəlayi Tofiq həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Kərbəlayi Tofiq narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.


