Kerçdə güclü partlayış: Krım körpüsündə avtomobillərin hərəkəti kəsildibackend

Kerçdə güclü partlayış: Krım körpüsündə avtomobillərin hərəkəti kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə axşamı, martın 5-nə keçən gecə işğal altındakı Kerçdə güclü partlayış səsləri eşidilib.

Yerli sakinlər deyirlər ki, belə səsləri şəhərin müxtəlif yerlərində eşidiblər. Rusiyanın Teleqram kanalları bildirir ki, saat 23:30 radələrində Kerçin müxtəlif ərazilərində 3-5 güclü partlayış səsi eşidilib.

Beş dəqiqə sonra Krım körpüsündə avtomobillərin hərəkəti kəsilib.

//Samir Qurbanov, Editor.az