Kərim Vəliyev Türkiyədə “Atəş Sərbəst-2025” təlimində iştirak edirbackend

Kərim Vəliyev Türkiyədə “Atəş Sərbəst-2025” təlimində iştirak edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.

Editor.az  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.