Kərim xan: Ukrayna cinayətlər məkanıdırbackend

Kərim xan: Ukrayna cinayətlər məkanıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Buça şəhərinə səfər edən Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan Ukraynanı “cinayət məkanı” adlandırıb. Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir.

Məhkəmə sədrinin Twitter-dəki mesajında deyilir,: “Ukrayna cinayət məkanıdır. Biz buradayıq, çünki məhkəmənin yurisdiksiyasına aid olan cinayətlərin burada törədildiyinə inanmaq üçün ciddi əsaslarımız var”. “Həqiqətə çatmaq üçün müharibə dumanını dağıtmalıyıq.

Bunun üçün də müstəqil və qərəzsiz araşdırma lazımdır”, – o əlavə edib. Kiyevdə Ukraynanın baş prokuroru İrina Venediktova ilə görüşdə Kərim Xan Ukrayna hökumətinin müstəqil araşdırmaların aparılmasında Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndirib. Qeyd edək ki, martın 2-də Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada törədilmiş mümkün cinayətlərlə bağlı araşdırmalara başlayıb. Aprelin 11-də isə Rusiya hərbçiləri tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılmasında Ukrayna hakimiyyətinə kömək etmək üçün Fransadan mütəxəssislər gəlib.