“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna dəyişiklik qəbul olunubbackend

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna dəyişiklik qəbul olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna dəyişiklik üçüncü oxunuşda qəbul edilib.

Editor.az  xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.

Dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq, konfidensiallığın qorunub-saxlanılmasıdır.

Layihə səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.