Kəşfiyyatımız Suriya hakimiyyətinə xəbərdarlıq mesajları göndərmişdi – İranın ali lideri Əli Xameneibackend

Kəşfiyyatımız Suriya hakimiyyətinə xəbərdarlıq mesajları göndərmişdi – İranın ali lideri Əli Xamenei

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslamçı qrupların Suriyaya hücumundan üç ay əvvəl İran kəşfiyyatı Ərəb Respublikasının keçmiş prezidenti Bəşər Əsəd hökumətinə təhdidlər barədə xəbərdarlıq edib.

Editor.az bildirir ki, bunu İranın ali lideri Əli Xamenei deyib. O qeyd edib ki, mesajların yüksək vəzifəli şəxslərə gəlib çatmadığını dəqiq bilmir. O, Suriya hökumətinin devrilməsində ABŞ və İsraili günahlandırıb.

“Bizim kəşfiyyatımız bir neçə ay əvvəl Suriya hakimiyyətinə xəbərdarlıq mesajları göndərmişdi. Bilmirəm, onlar mütləq yüksək vəzifəli məmurlara çatıb, ya yox. Amma bizim kəşfiyyatçılarımız davamlı olaraq mesajların ötürüblər”, – Əli Xamenei bildirib.
Dekabrın 8-də silahlıların hakimiyyəti ələ keçirdiklərini elan etdikdən bir neçə saat sonra İranın xarici işlər naziri Abbas Araqçi deyib ki, Tehran hökumət əleyhinə qüvvələrin mümkün hücumu barədə Dəməşqə məlumat ötürür. O, “Suriya ordusunun vəziyyətin öhdəsindən gələ bilməməsini” təəccüblü adlandırıb.

Xatırladaq ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri İran Bəşər Əsədin əsas müttəfiqlərindən biri olub və “Hizbullah” da daxil olmaqla iranpərəst qruplar da hökumətə yardım edib. Medianın yazdığı kimi, İran hələ Dəməşq yaraqlıların nəzarətinə keçməmişdən əvvəl Suriyadan diplomatlarını və hərbi müşavirlərini geri çəkməyə başlayıb. WSJ-nin məlumatına görə, Tehran Suriya hökumətinə yardımın “əgər heç olmasa, məhdudlaşdırılacağı” barədə xəbərdarlıq edib.

//Samir Qurbanov, Editor.az