Keşiş rusların qələbəsi üçün dua etmədiyinə görə işdən qovuldubackend

Keşiş rusların qələbəsi üçün dua etmədiyinə görə işdən qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Novosibirsk vilayətindən olan keşiş işğalçıların Ukrayna üzərində qələbəsi üçün dua etməkdən imtina etdiyi üçün işdən çıxarılıb.

“Astra”nın yazdığı kimi, Kuybışev şəhərindən olan protoreys Vadim Perminov “Müqəddəs Rus” haqqında dua oxumaq istəmədiyi üçün rütbədən məhrum edilib, bir il xidmətdən uzaqlaşdırılıb və sonra ştatdan qovulub: “And içdiyim Müqəddəs Yazıları və vicdanımı rəhbər tutaraq, pravoslav xristianlar arasında qardaş qırğınında qələbə üçün dua etməyi özüm üçün qəbuledilməz hesab edirəm” – deyə baş keşiş öz imtinasında qeyd edib.

Perminov deyib ki, o, “Müqəddəs Həftə”dən Novosibirsk Mitropolitinə və Patriarxa dua oxumaqdan rəsmi imtina yazıb.

//Samir Qurbanov, Editor.az