Keşişin antikonstitusion fəaliyyəti – Paşinyanın sabiqlər üzərində mümkün divanıbackend

Keşişin antikonstitusion fəaliyyəti – Paşinyanın sabiqlər üzərində mümkün divanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan cəmiyyətində kilsə, din xadimləri tarixən hörmətlə qarşılanıb. Hətta onlara sitayiş belə ediblər. Ancaq necə deyərlər: “Onların da ağızları var”. Yəni nəfsləri var və onlar da bir çox hallarda dünya malının qurbanına çevrilirlər.

Son bir ayda ölkədə baş verən hadisələrlə Eçmiədzin kilsəsinin və ümumerməni katolikosu II Qareginin liderliyini qəbul edənlərin iç üzü və mahiyyəti ifşa olunur.

Məlum oldu ki, onların fəaliyyəti antikonstitusiondur. Ölkədə leysan yağışları bir sıra kəndlərdə sakinlərin həyatını ağırlaşdırıb.

Bildirilib ki, Axtala icması istiqamətində daşqınlar zamanı iki əsas körpü uçduğundan beş yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Xəstə insanların və hamilələrin ərazidən çıxarılmasında problem yaşanır. Məlumata görə, Tavuş bölgəsində ümumilikdə 17 körpü dağılıb, onların 5-6-sı yerli əhəmiyyətli tikilidir. Lori vilayətində 2500-dən çox insan, Tavuşda isə minə yaxın sakin elektrik enerjisi təminatdan məhrum edilib. Təbii fəlakət nəticəsində bir nəfər itkin düşmüş sayılır. 4 nəfər isə ölüb. Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan təbii fəlakət bölgəsində gedib, vəziyyətlə tanış olub.

Yeri gəlmişkən, mayın 26-da Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin əsgəri Ararat Aroyan qeyri-döyüş şəraitində ölüb.

Mayın 25-dən isə Azərbaycan 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı ərazilərinə nəzarət etməyə başlayıb. Artıq hər iki tərəfdə dövlət sərhədləri müəyyənləşir. Azərbaycan və Ermənistan sərhədçiləri xidməti vəzifələrinin icrasına başlayıb.

Keşiş Baqrat Qalstanyanın başladığı “Vətən uğrunda Tavuş” yürüşü artıq mahiyyətinin itirir. Bu proses əvvəlcə, guya Ermənistan ərazisi uğrunda mübarizə ilə başlamışdı. Ona görə “müqəddəs ata” Baqrat da buna liderlik edirdi. Cəmiyyətə onu “din, vətən uğrunda” mübariz kimi sırımağa çalışırdılar. Qalstanyan isə İrandakı mövcud rejimi Ermənistan cəmiyyəti üçün örnək göstərirdi. Bununla o, kilsənin siyasətə qarışması və dövlətin keşişlər tərəfindən idarə edilməsinin mümkünlüyünü göstərməyə çalışmışdı.

Ancaq Eçmiədzin kilsəsi və onun nümayəndəsi arxiyepiskopun hüquqi kəmsavadlığı da üzə çıxıb.

Ermənistan konstitusiyasına əsasən, din dövlətdən ayrıdır. Həmin maddəyə əsasən, Ermənistan Respublikasında vətəndaşların vicdan və dini etiqad azadlığı təmin edilir: “Hər bir vətəndaş dinə münasibətini sərbəst müəyyənləşdirir, istənilən dinə etiqad etmək və ya etiqad etməmək, şəxsən və ya digər vətəndaşlarla birlikdə dini ayinləri yerinə yetirmək hüququna malikdir”.

26-cı maddəyə əsasən, vətəndaşların kilsə mərasimləri və digər dini ayinlər vasitəsilə fərdi və ya başqaları ilə birlikdə ifadə etmək azadlığı var.

Ermənistanda hakimiyyət bölgüsündə də din xadimlərinin yeri yoxdur. Qanunun beşinci maddəsində bildirilib: “Dövlət hakimiyyəti Konstitusiyaya və qanunlara uyğun olaraq – qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin ayrılması və balansı əsasında həyata keçirilir”.

Ötən gün Baqrat İrəvandan Paşinyanın bağ evinin qarşısında onu istefası tələbini irəli sürüb. Bunun ardınca o, hökumətə başçılıq etmək niyyətində olduğunu gizlətməyib. Başqa sözlə, Baqrat Qalstanyan antikonstitusiya fəaliyyətinə görə həbs də edilə bilər.

Qeyd edək ki, keşişin aksiyasından sonra baş nazir bildirmişdi ki, siyasətlə məşğul olmaq istəyən din xadimi siyasi partiya yaratmalıdır.

Deməli, bu baxımdan Baqrat kilsənin adı ilə aksiyalara başlayıb. Deyəsən, kilsə də onun qanunsuz fəaliyyətini başa düşüb. Ona görə də Tavuş yeparxiyasının arxiyepiskopu Tovmas Arakelyan bildirib ki, yepiskop Baqrat “Erməni Apostol Müqəddəs Kilsəsinin yüksəkrütbəli ruhanisi, arxiyepiskop, eləcə də Erməni Apostol Kilsəsinin Ali Şurasının üzvü olaraq qalmaqda davam edir”. O əlavə edib ki, srbazan (yəni keşiş Baqrat) sadəcə olaraq Tavuş yeparxiyası kilsəsinin rəhbəri və inzibati səlahiyyətlərini müvəqqəti dayandırıb.

Ancaq bir müddət əvvəl onun səlahiyyətlərinin Eçmiədzin kilsəsi tərəfindən dayandırıldığı bildirilmişdi.

Bütün hallarda bu əsaslandırma məntiqə uyğun deyil. Çünki o, artıq heç bir siyasi təşkilatın üzvü olmadan, din xadimi kimi siyasi tələblərlə çıxış edib, seçkiyə qatılacağını açıqlayıb. Başqa bir problem isə onun Kanada vətəndaşı olması məsələsidir. Ermənistan qanunlarına görə, o, Kanada vətəndaşlığında çıxsa belə, baş nazir postunu tutmaq üçün azı dörd il gözləməyə məcbur olacaq. “Mən baş nazir postu uğrunda mübarizə aparıram” deyən keşiş Baqrat 2003-2015-ci illərdə Erməni Apostol Kilsəsinin Kanada yeparxiyasının başçısı olub. Onun ikili – Kanada və Ermənistan vətəndaşlığı var. Ermənistan Konstitusiyasına görə, bu, onun Ermənistanın baş naziri seçilməsini mümkünsüz edir.

Baş nazir bildirib ki, “onlarla ünsiyyət quraraq siz idxal, ixrac, gömrük rəsmiləşdirilməsi haqqında çox şey öyrənə bilərsiniz, lakin İncil, Əhdi-Cədid və ya dini məsələlər haqqında heç nə eşitmirsiniz. Onların mənəvi sahədə heç bir əlaqəsi olmadığı üçün siyasi bəyanatla çıxış etmələrinə təəccüblənmirəm. Mən bəzi insanları dinləyirəm və başa düşürəm ki, bəlkə də onlar Müqəddəs Kitabı əvvəldən axıra qədər oxumayıblar”.

Nikol Paşinyan keşişin başladığı “hərəkatla” bağlı deyib ki, onların gömrükdən keçirdikləri mallarını siyahısını əldə edə bilərsiniz: “Ancaq bu mallar arasında “İncil”, “Əhdi-cədid” və dinə dair başqa məsələləri görə bilməzsiniz. Onların mənəvi məsələlərlə əlaqəsi olmadığı üçün siyasi çıxış etmələrində təəccüblü heç nə yoxdur”.

II Qaregin hakimiyyətlə kilsə arasında münaqişənin olduğunu iddia etsə də, Paşinyan deyib ki, onun hökuməti kilsə ilə münaqişədə deyil: “Kilsə bizimlə ziddiyyət təşkil edir? Bu suala cavab verən odur”.

Beləliklə, Ermənistan kilsə, siyasi müxalifət bir-birinə qarışıb. İki sosial təbəqənin nümayəndə və liderləri bir yerdə müxalifət formalaşdırmaqda çətinlik çəkirlər. Keçmiş prezidentlər – Koçaryan və Sarqsyan kilsənin və keşiş Baraqtın arxasında gizlənərək “boz kardinal” rolun oynamağa çalışırlar. Ancaq Serjin kürəkəni keçmiş səfir Minasyanın, Robertin oğlu Levon Koçaryanın səhnə arxasından buraxılaraq üzə çıxıb görünmələri planları faş edir. Yəni Sarqsyan və Koçaryanın “boz kardinallıq” rolunu oynaya bilmirlər. Çünki onlar həmişə “boss”ların əlində oyuncaq olublar. Piyadalar isə həmişə qurbanlıqdır. Baqrat oyununda da “boss”ları bu piyadaları oynadıb, vəzir etməyə səy göstərdilər. Bu prosesdə yeni siyasi fiqurda meydana çıxmadı. Ona görə də ölkə konstitusiyasına qarşı fəaliyyətə başlayıblar.

“Boz kardinal” kimi görünənlər geri çəkilir, meydana yeni iddia ilə keşiş Baqrat buraxırlar. “Boss”lar bu dəfə Ermənistan cəmiyyətinin dini inancını satışa çıxarıb, ələ salır. Odur ki, yaxın zamanda konstitusiyaya qarşı çıxanların – II Qaregin başda olmaqla keşişlərin, keçmiş prezidentlərin divanı qurulu bilər. Paşinyanın islahatları davam etdirməsi həm də bu divanın qurulması ilə sürətlənər.