Keyt Kelloqun Ukraynaya səfərinin vaxtı müəyyənləşibbackend

Keyt Kelloqun Ukraynaya səfərinin vaxtı müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə postuna namizədliyini irəli sürdüyü istefada olan general Keyt Kelloqun Ukraynaya səfərinin vaxtı müəyyənləşib.

Editor.az bildirir ki, bunu Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixi brifinqdə deyib. “Biz xarici siyasət departamenti olaraq xüsusi nümayəndə general Keyt Kelloqun Ukraynaya səfərinin hazırlanmasında iştirak edirik”, – deyə Tixi bildirib. Spiker təsdiqləyib ki, Ukrayna general Kelloqun səfərini gözləyir və onu məmnuniyyətlə qəbul edəcək. “Biz onunla ünsiyyətdə olmaqdan, öz nöqteyi-nəzərimizi müzakirə etməkdən və ilk növbədə, yeni komandanın ədalətli dünyaya nail olmaq yolları ilə bağlı baxışını inkişaf etdirərkən nəzərə alınması vacib olan Ukrayna tərəfdən məlumatı çatdırmaqdan məmnun qalacağıq. “, – Tixi bildirb.

//Samir Qurbanov, Editor.az