“Kiçik Ermənistan”dan anti-Paşinyan qərarıbackend

“Kiçik Ermənistan”dan anti-Paşinyan qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Los-Ancelesdə təxminən 250 tanınmış erməni diaspor nümayəndəsinin görüşü keçirilib. Onlar Ermənistandakı seçkiqabağı vəziyyəti müzakirə ediblər və hakim rejimin təkcə Ermənistan Respublikasının mövcudluğunu deyil, həm də bütün milləti və onun milli kimliyini təhdid etdiyi qənaətinə gəliblər”.

Bu barədə “ Ermənistanın səsi” məlumat yayıb. Bildirilib ki, “dünyadakı ermənilər vətənləri üzərindəki təhlükənin miqyasını və 7 iyun seçkilərindən sonra Paşinyan rejiminin qalacağı təqdirdə onları gözləyən nəticələri anlayırlar. Ən çox xatırlanan ssenari isə Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə Ermənistanın bütün ərazisinin “Qərbi Azərbaycana” çevrilməsidir.
Picture backgroundQeyd edəık ki, ABŞ-dakı erməni icması dünyanın ən böyük icmalarından biridir. Rəsmi məlumat 500 mindən çox erməninin yaşadığını göstərir, lakin qeyri-rəsmi mənbələr bu rəqəmin ən azı iki dəfə çox olduğunu bildirir.

Ermənilər ABŞ-a XVII əsrin əvvəllərində gəlbilər, lakin onların axını 1920-ci illərdə başlayıb. Mühacirlərin əksəriyyəti Osmanlı İmperiyasından qaçqınlar idi. İkinci mühacirət dalğası İkinci Dünya Müharibəsindən sonra, əsirlikdə olan və SSRİ-yə qayıtmaq istəməyən ermənilərin ABŞ-a qaçması ilə başlayıb.Daha sonra Yaxın Şərqdən, xüsusən də Livan, Suriya və İrandan axın olub. Sovet İttifaqının dağılmasından sonra ABŞ-dakı ermənilərin sayı xeyli artıb.Onların ən çox cəmləşdiyi şəhər Los-Ancelesdir. Ermənilkər buranı hətta “Kiçik Ermənistan” da adlandırırlar.
Ötən il ABŞ-a işgüzar səfər edən Paşinyanı Vaşinqtondakı Ermənistan səfirliyinin qarşısında diaspora nümayəndələri “Demokratiya yolunu azıb”, “Qaçqınlar unuduldu” və “Artsax xəyanətə uğradı” yazılı plakatlarla qarşılayıblar. Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşüb, Ermənistanda və ətrafında baş verən hadisələrlə bağlı məsələlərə toxunaraq, dövlətin əsas məqsədinin vətəndaşlarının təhlükəsizliyini, rifahını və xoşbəxtliyini təmin etmək olduğunu vurğulayıb.

Musavat.com