Kiçik Robert Kennedi Donald Trampı dəstəkləyə bilərbackend

Kiçik Robert Kennedi Donald Trampı dəstəkləyə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil namizəd kimi ABŞ prezidentliyinə iddialı olan kiçik Robert Kennedi yarışdan geri çəkilib. O, Respublikaçı Donald Trampı dəstəkləyə bilər.

Editor.az bildirir ki, bu barədə bir sıra Amerika KİV-ləri, o cümlədən CNN, The New York Times və CNBC mənbələrinə istinadən yazır. Nəşrlərin həmsöhbətləri bildiriblər ki, kiçik Robert Kennedi və Donald Tramp bir neçə həftədir danışıqlar aparıblar və nəticəsi avqustun 23-də məlum ola bilər. CNN yazır ki, danışıqlara kiçik Donald Tramp, Fox News-un keçmiş aparıcısı Taker Karlson və iş adamı Omid Malik kömək ediblər. ABŞ media mənbələrinin məlumatına görə, müstəqil namizədin seçkiqabağı kampaniyası üçün ayrılan vəsait son həftələrdə azalıb.

Bundan əlavə, nəşrlər qeyd edir ki, Kennedinin dəstək səviyyəsi təxminən yarıya enərək 5%-ə düşüb.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Son sorğulara görə, demokrat Kamala Harrisi amerikalıların 47%-i, Donald Trampı isə təxminən 43%-i dəstəkləyir.

//Samir Qurbanov, Editor.az