Rusiyanın zəifləməsi ABŞ-ın milli maraqlarına ziddir.
Editor.az bildirir ki, ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedi belə hesab edir. Onun sözlərinə görə, bu gün ABŞ-ın strategiyası Rusiyanın zəiflədilməsinin Amerikanın milli maraqlarına uyğun olması ideyasına əsaslanır. “Bu fikir yanlışdır… Zəif və qeyri-sabit Rusiya bizim təhlükəsizliyimizə fayda verməyəcək, yalnız zərər verəcək”, – deyə siyasətçi bildirib.
Bundan əvvəl Kennedi dəfələrlə Rusiya və ABŞ arasında “konstruktiv dialoq”un qurulmasının zəruriliyini bəyan etmişdi. Onun fikrincə, Amerikanın hazırkı prezidenti Co Baydenin Rusiya Federasiyası ilə münasibətlərdə hərəkətləri “dərin səhvdir”.
Xatırladaq ki, Kiçik Robert Kennedi qətlə yetirilən ABŞ prezidenti Con Kennedinin qardaşı oğludur və 69 yaşı var. Aprel ayında o, 2024-cü ildə Demokratlar partiyasından prezidentliyə namizəd olmaq üçün müraciət edib, lakin sonda müstəqil namizəd kimi kampaniya aparmaq qərarına gəlib. Quinnipiac Universitetinin sorğusuna əsasən, kiçik Robert Kennedinin seçki reytinqi hazırda təxminən 12% təşkil edir.
//Samir Qurbanov, Editor.az

