Fransa Futbol Federasiyanın prezidenti Noel Li Qrit Kilian Mbappe haqqında iddialar səsləndirib. Editor.az “sporx” a istinadən xəbər verir ki, onun sözlərinə görə, Mbappe “EURO-2020” də vura bilmədiyi penaltidən sonra komandada oynamaq istəməyib.
Fransız ulduzun isə səslənən iddialara cavabı gecikməyib. Mbappe qeyd edib ki, məsələ vurulmayan penalti deyil: “Məsələ irqçilikdir. Bunu ona söylədim. O isə mənə qarşı hər hansısa bir irqçiliyin olmadığını bildirdi”.
Qeyd edək ki, PSJ-nin hücumçusu “EURO-2020” nin 1/16 final mərhələsində İsveçrə ilə oyunda penaltidən yararlana bilməyib. Onun penaltidən yararlana bilməməsinə görə, Fransa turnirə vida etmişdi.
//Nəzərbəy Hacıağayev, Editor.az

