Kılıcdaroğlu ilə bağlı ŞOK FAKTLAR yayıldı: Seçkinin taleyi dəyişir?backend

Kılıcdaroğlu ilə bağlı ŞOK FAKTLAR yayıldı: Seçkinin taleyi dəyişir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 13 ildir CHP-yə sədrlik edən Kamal Kılıçdaroğlunun hazırkı və bundan əvvəlki seçki proseslərində qələbə qazanmaq üçün keçmiş HDP, indiki YSP və PKK-ya yaxın qüvvələr ilə ortaqlığı gündəmdədir.

Axar.az Türkiyənin “Haber7” xəbər portalının yazarı Zəkəriyya Sayın “Bozqurd Kamalın qaranlıq keçmişi” adlı faktoloji məqaləsini təqdim edir:

“2010-cu ilin may ayında siyasi dühasıyla yox, “kaset”lə Cümhuriyyət Xalq Partiyasının sədri olan Kamal Kılıçdaroğlu Türkiyənin partiyası olduqlarını sübut etmək üçün 23 may 2011-ci il tarixində Hakkaridə mitinq keçirdi. Kılıçdaroğlu tək bir Türkiyə bayrağının olmadığı mitinq meydanında iqtidara gələcəkləri halda yerli icra orqanlarına muxtariyyət verəcəklərini deyib. Sözügedən mitinqdən 19 gün sonra keçirilən parlament seçkilərində CHP Hakkaridən 1% belə səs toplaya bilmədi. Bundan cəsarətlənən PKK nəzarətindəki Demokratik Cəmiyyət Konqresi (DTK) 54 gün sonra özünü “muxtar” elan etdi.

Kılıçdaroğlunun PKK-nın siyasi qolu HDP ilə masaya oturma həmlələri 2014-cü ildə başladı. 7 yanvar 2014-cü ildə CHP-nin mənzil-qərargahında HDP-nin həmsədrləri Səbahat Tuncel və Ərtoğrul Kürkçünün də olduğu heyətlə keçirilən görüş ilk gizli ittifaq görüşü kimi tarixə düşdü. CHP sədri 20 oktyabr 2014-cü ildə “Biz YPG-ni terror təşkilatı kimi görmürük” dedi və YPG-nin olmayan “vətənini” qurtarmaq üçün təşkilatlanmış bir qurum olduğunu önə sürdü.

7 iyun 2015-ci il parlament seçkilərindən sonra CHP üzvü Şəfəq Paveyin Səlahəddin Dəmirdaşa dediyi “Təbrik edirəm, birlikdə yaxşı silkələdik” sözləri çox müzakirə edildi. CHP-yə yaxınlığı ilə tanınan Xalq Evləri sədri Oya Ərsoyun 8 fevral 2016-cı ildə dediyi “Gün – Fəratın iki sahilini Saraya (Ərdoğan nəzərdə tutulur – red.) qarşı birləşdirmə günüdür!” cümləsi ilə ilk dəfə ittifaq ifadəsi dilə gətirilməyə başlandı.

Xidməti avtomobilə sursat yükləyərkən cinayət üstündə yaxalanan HDP millət vəkili Faysal Sarıyıldızın toxunulmazlığının götürülməsi məqsədilə 20 may 2016-cı ildə keçirilən səsvermə Kılıçdaroğlunun maskasını yırtdı. Səsvermədə CHP millət vəkillərinin dörddə üçü “xeyr” səsini verdi, “ağ vərəqi” (TBMM-də ağ kart “xeyr”deməkdir – red.) kabinetdə yaddan çıxaran Kılıçdaroğlu “qırmızı vərəq”i qaldırıb, “rədd” səsini istifadə etdi.

Həmin günlərdə PKK terrorçularından “Barrikadalar quran dostlar” şəklində bəhs edən Kılıçdaroğlu yenə 2016-cı ildə qatıldığı bir televiziya proqramında “Biz həbsdə yatan PKK-çıların da yanına getdik, DHKP-C-liyə də getdik. Heç bir ayrı-seçkilik etmədik” etirafını dilə gətirdi. O, HDP-yə qarşı keçirilən əməliyyatlara etiraz edərək, “Seçki ilə gələn seçki ilə gedər” dedi. Kılıçdaroğluya bir-birinin arxasınca verdiyi açıqlamalar ilə etirazını bildirən Dövlət Baxçalı MHP-nin 22 noyabr 2016-cı ildə keçirilən qrup toplantısındakı çıxışında, “CHP-nin içinə HDP girib. CHP-dəki PKK qalıntıları bütün orqanizmi ələ keçirməyə başlayır” cümləsi isə qarşıda gözlənilən proseslərin xəbərini verdi.

16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumu CHP və HDP-nin birlikdə hərəkət etməyə başladığı ilk səsvermə oldu. Prezidentli respublika sisteminə qarşı çıxan hər iki partiya 2017-ci ilin fevralında Berlində birlikdə panel keçirdi və çiyin-çiyinə “xeyr” təbliğatı apardı. Referendumdan 27 gün öncə Türkiyəyə gələrək FETÖ, PKK, HDP və CHP-nin əl-ələ verərək apardığı kampanyaya dəstək verən Almaniya millət vəkili Klaudiya Rotun da həmin vaxtda Maral Akşənər kimi əlinə “xeyr” yazması gizli ittifaqın genişlənməyə başlanmasının ilk siqnalı oldu.