Kılıçdaroğlu Türkiyənin seçki qanunvericiliyini pozub – FOTObackend

Kılıçdaroğlu Türkiyənin seçki qanunvericiliyini pozub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu öz köməkçiləri vasitəsilə seçkiqabağı təşviqat xarakterli mesajlar göndərərək ölkənin seçki qanunvericiliyini pozub.

CHP sədri 27 may saat 18:00-da başlayan seçki təbliğatı qadağasına məhəl qoymayıb.

Belə ki, Kılıçdaroğlunun kənd təsərrüfatı siyasətindən məsul olan müşaviri Orxan Sarıbalın vasitəsilə Bursa vilayətinin İnegöl rayonu sakinlərinə SMS göndərdiyi məlum olub.

“Əziz inegöllülər, 13-cü prezidenti seçərkən siz İnegöl üçün qərar verəcəksiniz. Altı ay ərzində İnegölü ayrıca vilayət edəcəm”, – mesajda deyilir.

Türkiyə Prezidenti Administrasiyasından məsələ ilə bağlı bildirilib ki, dövlət başçısının ölkənin inzibati bölgüsünü dəyişmək kimi bir səlahiyyəti yoxdur. Hazırda Bursa vilayətinin bir rayonu olan İnegölün ayrıca vilayət olmasına yalnız ölkə parlamenti qərar verə bilər.

 

Mənbə: Haber 7