Şimali Koreya lideri Kim Çen In ABŞ-la davam edən qarşıdurma fonunda ölkənin hərbi potensialının artırılmasının zəruriliyini bəyan edib.
Eyni zamanda, o, Pxenyanla Vaşinqton arasında dialoqun mümkünlüyünə də ehyam vurub.
Editor.az xəbər verir ki, avqustun 4-də Kim Çen In 250 yeni taktiki raket kompleksinin qoşunlara təhvil verilməsi mərasimində çıxış edib. KXDR lideri bildirib ki, son beş ildə ABŞ-la münaqişə “təhlükəli nöqtəyə” yaxınlaşıb və nüvə silahından istifadə riskləri artıb: “Bu şəraitdə Respublikamızın silahlı qüvvələrinin qüdrəti və müstəqil müdafiə sənayemizin tərəqqisi bundan sonra da sürətlənməlidir. Həm dialoq, həm də qarşıdurma bizim seçimimiz ola bilər, lakin biz qarşıdurmaya daha diqqətlə hazır olmalıyıq”.
Kim Çen In vurğulayıb ki, KXDR silahlı qüvvələri üçün prioritet təkcə ABŞ-dan gələn təhdidlərə deyil, həm də gələcək təhlükəsizlik risklərinə cavab vermək bacarığıdır. “Sürətlə dəyişən qlobal təhlükəsizlik vəziyyəti və ABŞ-ın rəhbərlik etdiyi hərbi blokların ehtiyatsız genişlənməsi KXDR-in nüvə qüvvələrinin və nüvə strategiyasının daha hərtərəfli olması lazım olduğunu vurğulayır. biz bunu hər gün və hər saat anlayırıq”, – deyə o, yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az