Kim Çen In Cənubi Koreyanı işğal etməyə hazır olduğunu bəyan edibbackend

Kim Çen In Cənubi Koreyanı işğal etməyə hazır olduğunu bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Cənubi Koreya Respublikasına özünün əsas düşməni kimi baxıb və öz təhlükəsizliyi üçün onu işğal etməyə hazır olduğunu bildirib.

Editor.az Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına istinadla xəbər verir ki, bu bəyanatla Şimali Koreya lideri Kim Çen In çıxış edib. “Bu yaxınlarda partiyamız və hökumətimiz xalqımızın parçalanması və qarşıdurmasının tarixini açıqladı”,-deyə Kim Çen In bildirib. O, “Cənubi Koreyalı kuklaları” ölkənin daimi düşməni kimi xarakterizə edib.

Şimali Koreya liderinin sözlərinə görə, onun ərazisinə müdaxilə qərarı fövqəladə vəziyyətdə veriləcək. Fevralın əvvəlində Kim Çen In Şimali Koreya donanmasını müharibəyə hazırlaşmağa və ölkənin dəniz suverenliyini müdafiə etməyə çağırıb.

//Gülnarə Abasova, Editor.az