KXDR Dövlət İşləri Komitəsinin sədri Kim Çen In Ukraynadakı münaqişədə rus qoşunlarına dəstək verəcəyini vəd edib. O, bunu Pxenyanda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı deyib.
Sergey Şoyqu Kursk vilayətinin “azad edilməsi” əməliyyatında iştirak edən Şimali Koreya hərbçilərinin “igidliyi və fədakarlığına” görə Rusiya rəhbərliyindən minnətdarlığını çatdırıb. Görüş zamanı Sergey Şoyqu və Kim Çen In digər məsələlərlə yanaşı, Kursk vilayətinin bərpası perspektivlərini, həmçinin “Koreya əsgərlərinin şücaətinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımları” müzakirə ediblər.
//Samir Qurbanov, Editor.az