Kim Çen In-ın casus peyki Ağ Evin, Pentaqonun və ABŞ hərbi-dəniz bazasının fotoşəkillərini çəkibbackend

Kim Çen In-ın casus peyki Ağ Evin, Pentaqonun və ABŞ hərbi-dəniz bazasının fotoşəkillərini çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya bildirib ki, onun casus peyki Ağ Evin, Pentaqonun və ABŞ hərbi-dəniz bazasının fotoşəkillərini çəkib.

Editor.az bildirir ki, bu barədə “Yonhap” məlumat yayıb. Məlumata görə, Şimali Koreya lideri Kim Çen In bazar ertəsi və çərşənbə axşamı Milli Aerokosmik Texnologiyalar Administrasiyasının (NATA) Pxenyan Baş İdarəetmə Mərkəzindən əməliyyat hesabatı alarkən görüntüləri nəzərdən keçirib. Ona Ağ Evin və Pentaqonun bazar ertəsi çəkilmiş peyk fotoşəkilləri göstərilib.

Media qeyd edib ki, casus peyk Norfolk dəniz bazası, Newport News gəmiqayırma zavodu və Virciniya aerodromunun da fotolarını çəkib. Nəşr bildirir ki, fotoşəkillərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin dörd nüvə mühərrikli təyyarədaşıyan gəmisi və Britaniyanın bir təyyarədaşıyan gəmisi görünüb. Lakin Pxenyan casus peyki tərəfindən çəkilmiş fotoşəkilləri paylaşmayıb.

//Samir Qurbanov, Editor.az