Şimali Koreya lideri Kim Çen In hərbi, sursat və nüvə silahı istehsalçılarına ABŞ-ın misli görünməmiş qarşıdurma hərəkətlərinə qarşı çıxmaq üçün müharibə hazırlığını sürətləndirməyi əmr edib.
Edditor.az xəbər verir ki, bu barədə “Reuters” Şimali Koreya dövlət mediasına istinadən yazıb. “O (Kim) müharibəyə hazırlığı daha da sürətləndirmək üçün Xalq Ordusu və döyüş sursatı, nüvə silahları və mülki müdafiə sənayesi üçün döyüş tapşırıqları qoydu”.
Çərşənbə günü ölkənin hakim partiyasının əsas iclasında yeni il üçün siyasət istiqamətləri haqqında danışan Kim, həmçinin Pxenyanın “anti-imperialist müstəqil” ölkələrlə strateji əməkdaşlığı genişləndirəcəyini söyləyib. Xəbərdə deyilir ki, Kim görüş zamanı yeni il üçün iqtisadi hədəfləri də açıqlayıb və onu ölkənin beşillik inkişaf planı üçün “həlledici il” adlandırıb.
//Samir Qurbanov, Editor.az

