Kim Çen In Rusiya ordusuna və xalqına yardım göstərilməsi barədə göstəriş verib – Şimali Koreyanın xarici işlər naziribackend

Kim Çen In Rusiya ordusuna və xalqına yardım göstərilməsi barədə göstəriş verib – Şimali Koreyanın xarici işlər naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Xi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqları zamanı bildirib ki, Ukraynada “xüsusi hərbi əməliyyat”a başlayandan dərhal sonra sədr Kim Çen In Rusiya ordusuna və xalqına yardım göstərilməsi barədə göstəriş verib.

KXDR, Rusiyanın “suveren hüquqları və dövlət təhlükəsizliyini qorumaq üçün müqəddəs müharibədə” qalib gələcəyinə şübhə etmir. “Xüsusi hərbi əməliyyat”ın əvvəlindən hörmətli dövlət işləri üzrə sədr yoldaş Kim Çen In göstəriş verib ki, biz heç kimə arxaya baxmadan, ardıcıl və güclü şəkildə Rusiya ordusunu və rus xalqını müqəddəs müharibədə dəstəkləyəcəyik və onlara kömək edəcəyik. ”, – Xi bildirib.

Nazir əmin edib ki, Şimali Koreya “zəfər gününə qədər rus yoldaşlarımızın yanında möhkəm dayanacaq”. O, həmçinin bildirib ki, Moskva və Pxenyan yüz illik perspektivlə strateji münasibətlərin yeni səviyyəsinə çatıb.

//Samir Qurbanov, Editor.az