Kim Çen In: Şimali Koreya geri dönməz nüvə statusunu gücləndirməyə davam edəcəkbackend

Kim Çen In: Şimali Koreya geri dönməz nüvə statusunu gücləndirməyə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə statusunun geri dönməz olduğunu bəyan edərək, bu sahədə gücünü artırmağa davam edəcəyini və hər hansı qarşı addımlara sərt cavab veriləcəyini bildirib.

Editor.az xəbər verir ki, Kim Çen In bu fikirləri Şimali Koreyanın 15-ci Ali Xalq Məclisinin ilk sessiyasında etdiyi açılış nitqi zamanı səsləndirib. O qeyd edib ki, ölkə heç vaxt nüvə statusundan imtina etməyəcək.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın yaydığı məlumata görə, Kim Çen In çıxışında deyib:

“Respublika hökuməti geri dönməz xarakter daşıyan nüvə statusunu ardıcıl şəkildə gücləndirməyə davam edəcək və bizə qarşı çıxan qüvvələrin respublika əleyhinə bütün təxribat xarakterli addımlarını qətiyyətlə zərərsizləşdirmək üçün hücum xarakterli tədbirlər görəcək”.

//Gülnarə Abasova, Editor.az