Kim Çen In Vladimir Putinlə görüşünü iki ballistik raket atışı ilə qeyd etdibackend

Kim Çen In Vladimir Putinlə görüşünü iki ballistik raket atışı ilə qeyd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 13-də səhər saatlarında Şimali Koreya Kim Çen Inın Rusiyaya səfəri fonunda şərq sahillərindəki sulara ən azı iki ballistik raket atıb.

Editor.az CNN-ə istinadən yazır ki, bu barədə Cənubi Koreya və Yaponiyanın hakimiyyət orqanları məlumat yayıb. Yaponiya Sahil Mühafizəsi birinci ballistik raketin Şimali Koreya tərəfindən yerli vaxtla saat 11:46-da buraxıldığını, bir neçə dəqiqə sonra isə ikinci raketin atıldığını bildirib.

Buraxılışlar dünya səhnəsində getdikcə təcrid olunan hər iki diktator – Kim Çen In və Vladimir Putinin böyük əhəmiyyət kəsb edəcək danışıqlara hazırlaşdığı vaxta təsadüf edib.

//Samir Qurbanov, Editor.az