Kim Çen Indan Vladimir Putinə hədiyyə “yağışı”backend

Kim Çen Indan Vladimir Putinə hədiyyə “yağışı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri zamanı Şimali Koreya lideri Kim Çen In ona Şimali Koreyanın nadir “Pungsan” cinsindən olan iki ov iti hədiyyə edib.

Editor.az bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb: “Yoldaş Kim Çen In fəxri qonaqlar üçün nəzərdə tutulmuş Kumsusan iqamətgahının bağçasında Prezident Putinə ölkəmizin milli it cinsi olan bir cüt “Pungsan” iti hədiyyə etdi”, – KCNA-nın bəyanatında deyilir.

Qeyd edək ki, “Pungsan” Şimali Koreya canavarlarından yetişdirilən qarışıq cinsdir. Qalın tükləri var, adətən ağ, qarmaqlı quyruğu və dik qulaqları olur. “Pungsan”, Koreya yarımadasının şimal hissəsinin iqliminə uyğunlaşan gözəl qalın yuna malikdir. Bu cins KXDR üçün xarakterikdir və ölkədən kənarda nadir hallarda rast gəlinir. Kim Çen In həmçinin Vladimir Putini KXDR-in ən yüksək dövlət mükafatı – Kim İr Sen ordeni ilə təltif edib. Mükafatlandırma mərasimi iyunun 19-da Pxenyanda baş tutub. Orden “iki ölkə arasında münasibətlərin inkişafında xüsusi xidmətləri olan” Rusiya prezidentinə “sonsuz hörmət və etimad əlaməti olaraq” təqdim edilib.

Xatırladaq ki, Vladimir Putin iyunun 18-19-da KXDR-də işgüzar səfərdə olub.

//Samir Qurbanov, Editor.az