Kim Çen Inın bacısı Cənubi Koreya hakimiyyətini məhv edəcəklərini dedi, əgər…..backend

Kim Çen Inın bacısı Cənubi Koreya hakimiyyətini məhv edəcəklərini dedi, əgər…..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq bildirib ki, Pxenyan koronavirusun Şimali Koreyaya nüfuz etməsinə səbəb olarsa, Cənubi Koreya hakimiyyətini məhv edəcək.

Editor.az-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib. “Əgər düşmən virusun respublikamıza daxil olmasına təhrik etmək kimi təhlükəli hərəkətlərdə israrlı olsa, biz buna təkcə virusu məhv etməklə deyil, həm də Cənubi Koreya hakimiyyətini məhv etməklə cavab verəcəyik”, – deyə, agentlik onun sözlərini sitat gətirib. Bir gün əvvəl isə Şimali Koreya lideri Kim Çen In koronavirus pandemiyası üzərində “təntənəli qələbə” elan etmişdi.

  Editor.az